Keti musiqiçi Bobbi ilə eşq yaşayır - foto
Müəlliflik hüququnu 100 milyon dollara satıb
Aktyor 3 milyon lirə qazanacaq
“ABBA” üzvləri 40 ildən sonra görüşüblər - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Yerli və xarici şou-biznesdən ən yeni xəbərlər

13-10-2012


    Türkiyənin məşhur rejissoru Teoman gənc müğənni Aysel Əlizadənin "Ulduzlar" mahnısına ekran həyatı verib. Cütlüyün işbirliyinə məşhur söz yazarı Ayşe Birgül Yılmaz vasitəçi olub. Çəkilişlər demək olar ki, 2-3 saatlıq fasilə ilə 24 saat davam edib. Hazırda montaj mərhələsində olan klip ayın sonunda tamaşaçıların ixtiyarına veriləcək. Qeyd edək ki, video çarx 30 min dollara başa gəlib. İfaçı çəkiliş komandasının işini bəyəndiyini və klipin də mahnı qədər reytinqlərdə ön sıralarda olacağına ümid etdiyini bildirib. 
   Müğənni Nazənin bu yaxınlarda dünyaya gələn oğluna Orxan adı verib. O, hələ ki, uşağının media nümayəndələri tərəfindən görüntülənməsini istəmir. Hətta sənətçi körpə ilə birgə fotosessiya etdirib, jurnalların üz qabığına çıxmaq təkliflərinə də "yox" deyib. Müğənni uşağın atası haqqında yayılan xəbərlərə də aydınlıq gətirib: “Yayılan söz-söhbətlər əsassızdır. 3 övladımın da atası eyni insandır. Bu şəxs isə əlbəttə ki, mənim həyat yoldaşımdır”. 
    Uzun müddətdir ki, türk müğənnisi ilə birgə işləmək istədiyini dilə gətirən azərbaycanlı sənətçi Röya Ayxan Mustafa Ceceli ilə duet oxuyacaq. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Verilən məlumatda bildirilir ki, hazırda türk musiqiçi mahnının aranjemanı ilə məşğuldur. 
     Amerikanın Los Anceles Qalaksi komandasında oynayan ingilis futbolçu Devid Bekham “yaşıl sahədən” televiziyaya transfer olur. O, “Friends” serialının ulduzu Metyu Perrinin yeni komediya serialı “Go on”da rol alacaq. Xatırladaq ki, 2005-ci ildə “Qol” filmində öz adı ilə çıxış edən məşhur futbolçu bu ekran əsərində də ənənəsinə sadiq qalacaq. 
     Bu yaxınlarda jurnalistlərə “Mənə Kıvançla bağlı sual verməyin” deyən Azra Akının bu sözləri mətbuatda çaqınlıq yaradıb. Ayrılmaları ilə bağlı xəbərlər yayılsa da, cütlüyün birlikdə görünmələri bu dedi-qodulara son qoyub. Ayaqüstü müxbirlərin suallarına cavab verən Kıvanç və Azranın yorğun halı diqqətlərdən yan qaçmayıb. 
     Sevgilisi Kristen Stüart tərəfindən xəyanətə məruz qalan və barışmağa hazırlaşan amerikalı aktyor Robert Pattinson hamını təəccübləndirib. Belə ki, Robert barların birində naməlum xanımla səmimi görüntülənib. Hadisənin şahidləri cütlüyün birlikdə çox xoşbəxt olduğunu və qadının Pattinsonu tez-tez güldürdüyünü söyləyib. Qeyd edək ki, daha əvvəl xəyanət səbəbiylə ayrılan Pattinson və Stüart yenicə barışıblar. Hətta cütlük bu mövzuda psixoloqdan məsləhət də alıb.

 

Xəyalə Əzizova
Sahilə Aslanova

 

Muz-Tv.az
 

1793 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyul
















30 İyun