ULDUZ
Əkiz bacılar oteldə görüntüləndi
11-10-2012

Əkiz bacılardan ibarət “ S Twins” qrupu bəstəsi Cəmil Məmmədliyə məxsus “Sev məni” mahnısına ekran həyatı verib. Məhəbbətdən bəhs edən bu klipin rejissor işini Roza Zərgərli öz üzərinə götürüb. O, çəkiliş məkanı olaraq yerli otellərdən birini seçib.
Klip boyu müxtəlif obrazlarda görünən qızlara bu fərqliliyi yaratmaq üçün stilist Badamxanım Yusifzadə köməklik edib. Süjet xəttindən danışan bacılar tamaşaçılarının qarşısına sürprizlə çıxacağını vurğulayıb. Klipdə Roza Zərgərlinin iti də rol alıb. Yaxın günlərdə Sevil və Sevinc bacılarının yeni ekran əsəri ictimaiyyətə təqdim olunacaq.
Aytən Zöhrabqızı
Rüfət Qarayev
Muz-Tv.az
2039 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyul
30 İyun