Keti musiqiçi Bobbi ilə eşq yaşayır - foto
Müəlliflik hüququnu 100 milyon dollara satıb
Aktyor 3 milyon lirə qazanacaq
“ABBA” üzvləri 40 ildən sonra görüşüblər - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Rüfət Axundov ağır xəstəliyə düçar olub?

10-10-2012


    Populyar estrada müğənnisi Rüfət Axundovun ağır xəstəliyə düçar olması ilə internet saytlarda məlumat yayılıb. Sənətçinin qan xəstəliyinə, daha dəqiqi leykemiyaya tutulması barədə şayiələr dolaşır. Müğənni özü isə bu xəbərin şayiə olduğunu söyləyib. İfaçi səhhətindən şikayətçi olmadığını və sağlamlığına görə vaxtaşırı həkim nəzarətindən keçdiyini açıqlayıb. Əgər bu məlumata inananların sayı çoxalarsa, mən analiz verib, cavabları da jurnalistlərə göstərə bilərəm deyərək müğənni məsələyə aydınlıq gətirib.
   Populyar müğənni Sevda Yahyayeva noyabrin 17-sində “Buta Palace”də konserti gözlənilən türkiyəli müğənni Emre Aydınla bir səhnədə iştirakdan imtina edib. Konsertin təşkilatçısı Əli Hüseynovun verdiyi xəbərə görə, buna səbəb Sevda Yahyayevanın eyni gündə başqa məkanda konsert verməsi olub. 
    Xalq artisti Nisə Qasımova əvvəllər indikindən daha çox pul qazandığını açıqlayıb. Xalq artisti müğənnilərin çoxluğu ucbatından əvvəlki kimi pul qazana bilmədiyini söyləyib. Sənətçinin sözlərinə görə, indi pulnan bağlı problemi yoxdur.
   Azərbaycanın tanınmış meyxanaçısı Aqşin Fateh efirlərdən kənar gəzməyinin səbəblərini açıqlayıb. Meyxanaçı şou xarakterli verilişlərin onun təbiətinə uyğun olmadığını əsas gətirib. Onun sözlərinə görə, şou xarakterli verilişlər onun xasiyyətinə uyğun deyil. Qeyd edək ki, Aqşin Fateh vaxtı ilə “Haram olsun”, “Vəfasız” və digər populyar meyxanaları ifa edib.
  Əməkdar artist sevilən müğənnimiz Tünzalə Ağayeva solo konsertə hazırlaşır. Müğənninin prodüseri Yalçın Cabbarovun sözlərinə görə, konsert oktyabrın 19-da keçiriləcək. Tədbiri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Konsertin dirijoru Yalçın Adıgözəlovdur. Qeyd edək ki, əməkdar artistin sözügedən konserti filarmoniyada Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Caz Festivalı çərçivəsində həyata keçəcək.

Xəyalə Əzizova.

 

Muz-Tv.az.
 

1310 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyul
















30 İyun