Keti musiqiçi Bobbi ilə eşq yaşayır - foto
Müəlliflik hüququnu 100 milyon dollara satıb
Aktyor 3 milyon lirə qazanacaq
“ABBA” üzvləri 40 ildən sonra görüşüblər - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhur aktrisa avtomobil qəzasında həlak oldu

10-10-2012


     Dünya şöhrətli müğənni Şakira artıq Bakıdadır. Ulduzun oktyabrın 13-də 17 yaşa qədər qızlar arasında futbol üzrə dünya çempionatının bağlanış mərasimində iştirakı gözlənilir. Oktyabrın 14-də isə o, “Bakı Kristal Zal”da konsert proqramı ilə çıxış edəcək. Xatırladaq ki, tədbir “Omnikomo Music Group” kompaniyası tərəfindən təşkil edilib.
     Məşhur aktyor və müğənni Adriano Çelentano oktyabrın 8-də uzun fasilədən sonra Veronada səhnəyə qayıdıb. 74 yaşlı italyalı on il ərzində San Remo festivalını çıxmaq şərtilə demək olar ki, efirlərdə görünməyib. Son dəfə turne konsertləri çərçivəsində 18 il əvvəl ölkə xaricinə çıxıb. Buna baxmayaraq, o, “səssizlik” illərində müntəzəm olaraq albomlar çıxarıb.
     Rusiyalı müğənni Anita Tsoyun yeni “Agent 007” adlı mahnısına çəkdirdiyi klipi az qala faciə ilə bitəcəkdi. Belə ki, ilk kadrın çəkilişləri zamanı dekorasiyadakı güzgülər aktyorların üzərinə tökülməyə başlayıb. Müğənni: “Rejissorun fikrinə əsasən səhnələrin birində biz iyirmi böyük güzgüdən hazırlanan xüsusi konstruksiyada çəkilməliydik. Motor verilən kimi güzgülər bir-birinin ardınca tökülməyə başladı”, -deyə hadisəni şərh edib. 
     Məşhur rusiyalı aktrisa və teleaparıcı Marina Qolub Moskvada baş verən avtomobil qəzası nəticəsində həlak olub. Mərhumla birlikdə şəxsiyyəti naməlum olan bir kişi də vəfat edib. 
Xatırladaq ki, Marina Qolub Rusiya Federasiyasının əməkdar artisti, kino və teatr aktrisası, aparıcı olub.

 

Sahilə Aslanova

 

Muz–Tv.az
 

1243 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyul
















30 İyun