Keti musiqiçi Bobbi ilə eşq yaşayır - foto
Müəlliflik hüququnu 100 milyon dollara satıb
Aktyor 3 milyon lirə qazanacaq
“ABBA” üzvləri 40 ildən sonra görüşüblər - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Madonna müsəlmansayağı toy paltarı geyinmək istəyir

09-10-2012


   Türkiyəli müğənni Fərhat Göçer “Yanına kalmaz” adlı mahnısına çəkdirdiyi klipini sevənlərinin ixtiyarına verib. Onu bu ekran işində modellər Anastasiya Beloborodova və Çağdaş Üçüncü müşayət edib. Tərk edilmiş adamın duyğularından bəhs edən klip təxminən 24 saat ərzində çəkilib. Xatırladaq ki, müğənni bu vizual əsərini azərbaycanlı rejissor Əmir Xəlilzadəyə həvalə edib. 
   Amerikalı müğənni Nikol Şerzinger bulimiya xəstəliyi ilə mübarizə apardığını etiraf edib. 34 yaşlı ulduz əvvəllər özünə nifrət etdiyini və çox tənha qaldığını, buna görə də bu dəhşətli xəstəliyə düçar olduğunu bildirib. Müalicəsi davam edən Nikol hazırda özünü yaxşı hiss etdiyini qeyd etməyi də unutmayıb.
   Müğənni Kənan Doğulu ilə ailə qurmağa hazırlaşan aktrisa Beren Saat bir alış-veriş mərkəzində evinin dizaynı üçün pərdə seçərkən jurnalistlərə yaxalanıb. Barmaqlarındakı üzükləri göstərə-göstərə yeriyən ulduzun kefinin yaxşı olduğu diqqətlərdən qaçmayıb. Aktrisa evlilik barədə suallara gülümsəyərək cavab verməyib.
   Müğənni Madonna “Superstar” mahnısına çəkdirdiyi yeni klipində ənənəvi İraq toy fatası ilə amerikan əsgər geyiminin birləşməsindən hazırlanmış “Terrorun gəlini” adlı paltarla kamera qarşısına keçməyi planlaşdırıb. Bununla ulduz müharibəyə və qadınlara qarşı zülmə etirazını nümayiş etdirmək istəyib. Amma sənətçinin məsləhətçiləri ona müsəlman paltarı geyinməyin ölkələrarası siyasi böhrana gətirib çıxaracağı barədə xəbərdarlıq edib. Məlumata görə, Madonna yalnız həyati təhlükəsinin olduğunu bildikdən sonra bu fikrindən daşınmaq qərarına gəlib.

 

Sahilə Aslanova

 

Muz–Tv.az
 

1500 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyul
















30 İyun