Azərbycanın tarixi qəhrəmanları eyni serialda

Türkiyə və Azərbaycan tarixini əks etdirən yeni serial çəkiləcək. Tədbirin aparıcısı aktyor Elnur Kərimov “Dağ Qartalları” ekran işinin 1938-ci ilə qədərki böyük bir dövrü əhatə edəcəyini bildirib. “NEV Yapım” şirkətinin rəhbəri Gülsün Çetinkayanın sözlərinə görə, filmin 2 il ərzində çəkiləcəyi planlaşdırılsa da, daha sonra müddət uzadılıb.
Muz Tv-nin məlumatına görə, serialda Azərbaycanın məşhur tarixi qəhrəmanları Sarı Gəlin, Qaçaq Nəbi və Həcər kimi digər obrazlar yer alacaq.
Qeyd edək ki, serialın çəkilişləri əsasən Türkiyədə aparılacaq və təxminən bir aydan sonra yaradıcı heyət kamera qarşısına keçəcək. Azərbaycanlı aktyorların isə 8-ci bölümdən sonra filmə daxil olacağı nəzərdə tutulur.
Aysər Həsənli
Rüfət Qarayev
Muz-Tv.az
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
