ULDUZ
Elvin Abdullayev Türkiyəyə üz tutdu
01-10-2012

Müğənni Elvin Abdullayev növbəti albom üzərində çalışır. Muz Tv-nin məlumatına görə, ifaçı yeni diskini Türkiyədə hazırlayır. Elvin açıqlamasında bunu dəb naminə deyil, sırf peşəkarlıq üçün etdiyini söyləyib. “Son zamanlar bir çox müğənnilərimiz Türkiyədə albom hazırlayır. Mənim çıxartdığım diskin xüsusi özəlliyi olmayacaq. Sadəcə olaraq bu ikili musiqi toplusunda həm ifalarım, həm də bəstələrim yer alacaq” – deyə müğənni bildirib.
Qeyd edək ki, müğənni bu günlərdə Qax şəhərində növbəti mahnısına ekran həyatı vermək üçün kamera qarşısına keçib.
Aysər Həsənli
Vüsal Həşimov
Muz-Tv.az
1568 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyul
30 İyun