Xalq artisti Afaq Bəşirqızı palataya köçürüldü

Xalq artisti İlhamə Quliyeva özünü Natavan Həbibinin ikinci anası hesab edir. Müğənni haqqında danışan sənətçi bildirib ki, onu çox istəyir və ifa tərzini bəyinir: “ Mən şou-biznes nümayəndəsi sayılmıram. Natavan Həbibi mənim birdənəmdir, çünki analar üçün öz övladları birincidir. Onun gözəl səsi var, tərbiyəlidir və heç vaxt heç kimin arxasınca dedi-qodu etmir, mənim kimi hər şeyi üzə deyir", - sənətkar əlavə edib. İlhamə Quliyeva 2013-cü ildə müğənnini ərə verəcəyini də söz verib. Xalq artistinin sözlərinə görə, Natavanın o qədər pərəstişkarı var ki, onların hansını seçəcəyini bilmir.
Bu günlərdə klinikalardan birində əməkdar artist Naibə Allahverdiyeva liposaksiya əməliyyatı keçirib. Aktrisa bildirib ki, buna görə çox peşmandır və özünü pis hiss edir: " Hazırda xəstəxanada həkimlərin nəzarəti altındayam. Əməliyyat bədənimin bir neçə hissəsində olub və 17 kq artıq çəkidən azad olmuşam”.
Artıq 3 gündür ki, tanınmış estrada müğənnisi Röya Ayxan Türkiyənin İstanbul şəhərindədir. Prodüseri Kənan Bayramovla birlikdə qardaş ölkədə səfərdə olan ifaçının sırf yaradıcılıq layihəsi gerçəkləşdirməsi məqsədi ilə İstanbulda olduğu bildirilir. Onun yeni mahnılarından birinə klip çəkmək istəyi də gizli saxlanılmır. Müğənninin Bakıya nə zaman qayıdacağı isə hələ ki, açıqlanmır.
Avropada tanınmağı qarşısına məqsəd qoyan müğənni İlhamə Qasımova üçün Azərbaycanda gündəmdə olmaq elə bir əhəmiyyət kəsb etmir. Bu barədə o, özü açıqlama verib. İfaçı bildirib ki, toy müğənnisi olmadığı üçün belə qənaətə gəlib: "Toy müğənnisi olmadığımdan efirlərə pul vermək mənə sərf etmir. Çünki gündəmdə olmaqda maraqlı deyiləm”.
Xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızı artıq palataya köçürülüb. Gülüş ustasının səhhəti qaydasındadır. Qeyd edək ki, Afaq Bəşirqızı İtaliyadan dəvət olunmuş ürək-damar cərrahının iştirakı ilə əməliyyat edilib.
Xəyalə Əzizova
Muz-Tv.az
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
