Daha bir müğənni subaylığın daşını atdı

“Şeron” qrupunun solistlərindən olan Kəbir subaylığın son gecəsini təntənəli şəkildə qeyd edib. Rəsmi şəkildə nikaha girən müğənnini xoş günündə qohumları və yaxın dostları da tək qoymayıb. Arzu və təbriklərdən sonra həmişə olduğu kimi yer musiqiyə verilib. Rüstəm Zeynallının rəhbərlik etdiyi qrupun ifasında bir-birindən gözəl mahnılar qonaqları əl qaldırıb oynamaqdan saxlaya bilməyib. Müğənni Yaşarın məclisdə iştirakının digər bir səbəbi də olub. Kəbirlə köhnə dostluğunu yeni qohumluqla təzələyən müğənni gəlinin xalası qızı olduğunu açıqlayıb. Təbrikə bəstəkar Vüsalə Hikmət də qoşulub. Dostlar təzə bəyin əziz gününü öz maraqlı rəqsləri ilə daha da rəngarəng edib. Kəbir həyat yoldaşı Jalə xanımla tanışlığından da danışaraq, öz sevgisini bir daha etiraf edib.
Səbinə Zöhrabqızı
Rüfət Qarayev
Muz- Tv.az
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
