Məryəm Süleymanova qızının bir yaşını qeyd etdi

İki il bundan öncə memar İlkin Zamanovla ailə həyatı quran əməkdar artist Məryəm Süleymanova qızı Aylinin ad gününü təntənəli şəkildə qeyd edib. Ailəsi və yaxın dostlarının iştirak etdiyi məclisin aparıcısı Murad Arif olub. İlk olaraq qonaqlar Xəyyam Nisanovun ifa etdiyi Aylinə həsr olunmuş mahnıda rəqs edib.
Əməkdar artist Məryəm Süleymanova xoş hisslərini bölüşərək: ”Bu gün Aylinin ilk doğum günüdür. Mən çox xoşbəxtəm. Aylin üçün hər gün ad günüdür” –deyə bildirib.
Rəqqasənin bəzi yaxın sənət dostları da məclisə təşrif buyurub. İlqar Muradovun həzin musiqiləri, Qala qrupunun isə şən ifaları tədbirə daha da rəngarənglik qatıb.
Sonda ailə dostları Məryəmin qızı Aylinə bizim vasitəmizlə öz təbrik və arzularını da çatdırıb.
Ülviyyə Xəlilbəyli
Ramal Gülməmmədov
Muz-Tv.az
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
