Almaz Ələsgərli sənətində dönüş edəcək

Bir zamanlar mahnıları dillər əzbəri olmasına baxmayaraq, ailə problemləri ilə əlaqədar sənətindən uzaq düşən əməkdar artist Almaz Ələsgərli yenidən səhnə fəaliyyətinə başlayıb. Səsyazma studiyasında yeni mahnılar yazdıran müğənni, öz yeniliklərindən danışaraq problemlərini arxada qoyduğunu deyib. Gövhər Həsənzadə ilə yenidən iş birliyinə başlayan müğənni deyəsən bu dəfəki dönüşündə yaxşı işlər ərsəyə gətirməyə qərarlıdır. Haqqında gəzən söz-söhbətlərə məhəl qoymadığını desə də, əməkdar artistin küskünlüyü açıq-aşkar hiss olunur. Müğənninin həmişəki iş ortağı Gövhər Həsənzadə də Almaz xanımla bağlı yeni proyektlərindən danışaraq artıq onun öz sözünü demiş müğənni olduğunu bildirib. Köhnə dostlar öz yeni diskini tamaşaçılara təhvil verəndən sonra böyük bir konsert proqramı ilə çıxış etməyi də planlaşdırır.
Aytən Zöhrabqızı
Rüfət Qarayev
Muz-Tv.az
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
