ULDUZ
Tatlısəsin kiminlə sevgili olduğu məlum olub - foto
28-10-2022

Türkiyəli müğənni İbrahim Tatlısəsin kiminlə sevgili olduğu ortaya çıxıb. Mtv.az xəbər verir ki, ifaçının 21 yaşlı Berka Güllə münasibətdə olduğu iddia olunub. Bununla bağlı yazar Onur Kaya açıqlama yayıb. Onurun sözlərinə görə, bir müddət əvvəl avtomobil qəzası keçirərkən Tatlısəsin yanında məhz ondan 49 yaş kiçik yeni sevgilisi olub. Gülün həmin qəzada yüngül yaralandığı bildirilib. Həmçinin, qəza yerinin ağ parça ilə örtülməsinin məhz Tatlısəsin yeni sevgilisinin kimliyinin bilinməməsi üçün edildiyi vurğulanıb. Xatırladaq ki, Tatlısəs bundan əvvəl özündən 43 yaş kiçik Gülçin Karakaya ilə eşq yaşayıb.


94 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26
25