ULDUZ
Hollivud ulduzu gənc qalma sirrini pula satacaq
20-10-2022

Bir neçə ay sonra 59 yaşı tamam olacaq Hollivud ulduzu Bred Pitt gənc qalmağının sirrini açıqlamağa hazırlaşır. Mtv.az xəbər verir ki, aktyorun sirrini bilmək insanlara heç də ucuz başa gəlməyəcək. Belə ki, Bred kosmetika biznesi qurmaq planlaşdırır. O, kişilərin də, qadınların da istifadə edə biləcəyi dəri yaşlanmasının qarşısını alan vasitə istehsal edəcək. Kosmetik vasitənin tərkibi aktyorun 2008-ci ildə Ancelina Coli ilə birlikdə satın aldığı Miraval sarayının bağında yetişən üzümlərlə, zeytun yağı ilə hazırlanacaq. Qiyməti isə çox baha olacaq. Onun kosmetik dəsti dəri təmizləmə suyu, duru krem, krem, seriumdan ibarət olacaq.
95 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26
25