Hadisə ilə bağlı yeni iddialar üzə çıxıb

İş adamı Mehmet Dinçerlerdən boşanma ərəfəsində olan türkiyəli məşhur müğənni Hadisə ilə bağlı yeni iddialar ortaya çıxıb. Mtv.az xəbər verir ki, bu barədə teleaparacı Arto deyib. O, ifaçının Cənubi azərbaycanlı iş adamı Rza Zarrabla birlikdə olduğunu deyib. Arto məlumatı yaxın çevrəsindən təsdiqlədiyini və münasibətin yeni olduğunu vurğulayıb. Xatırladaq ki, iki il əvvəl də Hadisənin adı R.Zarrabla hallanıb. Hətta Hadisənin keçmiş sevgilisi aktyor Kaan Yıldırım ifaçıdan məhz buna görə ayrıldığını bildirib. Həmin ərəfələrdə iş adamı ilə müğənni Ebru Gündeş yeni boşanmışdı və o, bu münasibət haqqında Kaana xəbər vermişdi. Hətta bu xəbərdən sonra Hadisə Ebru ilə birlikdə münsif kürsüsündə oturduğu "O səs Türkiyə"dən ayrılıb.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
