ULDUZ
Hadisə həyat yoldaşı ilə boşanır?
11-10-2022

Apreldə toyları baş tutan məşhur cütlük müğənni Hadisə ilə həyat yoldaşı iş adamı Mehmet Dinçerlerin boşanma ərəfəsində olduğu iddia edilib. Mtv.az xəbər verir ki, ifaçının son bir neçə konsertində Mehmetin hədiyyə etdiyi üzüyü taxmamağı diqqət çəkib. Bundan başqa, iş adamının ötən gün yeni məkanın açılışı zamanı nikah üzüyünü taxmaması obyektivlərdən yayınmayıb. Mehmet Hadisənin son konsertlərinə qatılmadığı kimi, müğənni də həyat yoldaşının məkan açılışında yanında olmayıb. Digər tərəfdən cütlük birgə fotolarını sosial media hesablarında hələ də saxlayır və bir-birilərini izləyirlər. Tərəflər məsələ ilə bağlı hələlik açıqlama verməyib. Xatırladaq ki, Hadisəylə Mehmet aprelin 30-da nikah masasına oturub.
99 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26
25