Hollivud ulduzu uşaq fonduna ianə edib
Supermodel fəxri doktor olub - foto
Repçinin əri1 il azadlıqdan məhrum edilib
Aktrisa ilə müğənni ayrılıb

Facebook instagram Twitter Youtube
ULDUZ

İlqar Xəyal konsertlə bağlı təəssüratlarını bölüşüb

30-06-2022


Xəbər verdiyimiz kimi, bir ay əvvəl 30 ildən sonra “Karvan” qrupunun konserti baş tutub. Mtv.az xəbər verir ki, qrupun üzvlərindən olan müğənni İlqar Xəyal konsertlə bağlı təəssüratlarını feysbuk hesabında bölüşüb. "Çətin də olsa "Karvan-pop" qrupunun 30 illik yubiley konserti baş tutdu. Şükr Allaha! Aylarla görüləcək işi Sevinc Kərimova bir neçə günün içində icra etdi. Mikayıl Vəkilovun köhnə-yeni mahnıları, Firuz İsmayılovun yeni səs, köhnə aranjimanda dinləyiciyə təqdim etdiyi musiqiləri, Gennadiy Yuqay, Güli Jabrailov, Doğac muşayətində, Eldar Qasımov və Emiliya Yaqubova gənclik perfomansı konsertə gələn və hətta gəlməyən tamaşaçılar tərəfindən böyük duyğu və sevgi hissi ilə qarşılandı. Sevinc hissi göz yaşına qarışmışdı..." deyə, o, paylaşımında yazıb. O, konsert ərəfəsində bəzi xoşagəlməz halların olduğuna da diqqət çəkib: "Konsertdən öncə bizə neqativ, insanı qıran təsirlər az da olsa oldu. Amma karvan keçdi, it də hürdü. Dəyər verən Azərbaycan xalqıma dərin minnətdarlağımı bildirirəm!" Mövzu ilə bağlı konsertin təşkilatçısı Zəhra Bədəlbəyli də paylaşım edərək təəssüfləndiyi məqamları sadalayıb: "Bilirsiz nəyə təəsüflənirəm? Biz konsertimizi etmək üçün demək olar ki, bütün ən böyük şirkətlərə müraciət etdik, tanınmış brendlərə... "Karvan" eşidəndə dedilər, maraqlı deyil. Marketinqdan başı çıxan insan kimi, çox təəccüblənmişdim, necə olar ki, hansısa qeyri-peşəkar xarici musiqiçilərə o qədər dəstək var, amma bizim estrada musiqisinin təməlini qoyan, həqiqi canlı əfsanə olan "Karvan" qrupuna yoxdur?" Z.Bədəlbəyli barter müqabilində dəstək olan dostlara, Mədəniyyət Nazirliyi, Azərbaycan Diasporuna Dəstək Fondu və balaca şirkətlərə təşəkkür edərək bu sözləri əlavə edib: "Amma sponsorlar, hansılar ki, bizim işimizi maddi cəhəddən qat-qat asanlaşdıra bilərdi, heç kəs dəstək olmadı. Çox istərdim ki, böyük şirkətlərin marketinq və PR menecerləri büdcə yazanda maraqlı layihələr üçün, məhz yaradıcı insanlar üçün orda hansısa məbləği ayırardı əvvəldən ki, sonra deməzdilər, büdcə ancaq reklam üçündür, belə layihələr üçün nəzərdə tutulmayıb". Bədəlbəyli iki gün davam edən konsertdə anşlaq yaşandığını vurğulayıb: "Təxmini 3400 nəfər sizin reklamınızı görə bilərdi. Və bununla yanaşı tarixi bir günün parçası ola bilərdiniz. Amma olmadınız. Təşkilatçı kimi onu deyə bilərəm ki, bu çətinlikdən də çıxacağıq. Dəstək olsaydı, çətinlik heç olmazdı, amma..." O, son sözlərini musiqi və şou proqramlarından şikayətlənənlərə ünvanlayıb: "Sonra yazmayım ki, musiqiçilərin səviyyyəsi düşüb, şoular bayağı şoudur. Çünki peşəkarlığa, əsl istedada və yaradıcılığa mükəmməl dəstək olmalıdır. Bu dəstəyi siz mütəmadi olaraq etsəniz, siz də öz peşəkarlığınızı bununla təsdiqləmiş olacaqsınız, çünki marketinq və ələlxüsus da PR menecerlər cəmiyyətin nəbzini tutmalıdır".

31 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti