Keti musiqiçi Bobbi ilə eşq yaşayır - foto
Müəlliflik hüququnu 100 milyon dollara satıb
Aktyor 3 milyon lirə qazanacaq
“ABBA” üzvləri 40 ildən sonra görüşüblər - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Yıldız Tilbe heyvanlarla bağlı təklif verib

16-05-2022


Bir müddət əvvəl sahibsiz itlərin öldürülməsini tələb edən türkiyəli müğənni Yıldız Tilbe bu dəfə heyvanları küçələrə sərbəst buraxmağı təklif edib. Mtv.az xəbər verir ki, bu barədə ifaçı tviterdə paylaşım edib. "Uyğun gördüyüm boş və gözəl küçələrə timsah, komodo əjdahası və bir neçə kaftar buraxacağam, bəsləmək üçün. Anakonda da olar. Böyüdüb küçəyə qoyacağam. Həm turistlər də gələr. Niyə də olmasın, nəyimiz əskikdir? Niyə sahibsiz heyvanlarımıza yeni növlər əlavə etməyək? Zooparklardakı heyvanlar sərbəst buraxılmalıdır. Küçələrdə gəzsinlər, çoxalsınlar, millət baxar. Bəlkə də uzun müddətə Afrika kimi olacağıq. Hər növ heyvan, niyə də olmasın? İnsanlar üçün də yeni yaşayış yerləri tikilər dağ başında. Marsa filan gedərik, planetlərə gedir axı gələcək insan" deyə, o, yazıb. Xatırladaq ki, ifaçı ötən ay sosial media hesabında "Sahibsiz itlərin olduğu ərazidə yaşayan insanlar onlara zəhərli ət versin ki, hamısı ölsün. İnsanları parçalamaq nədir?" sözlərini yazıb. Onun barəsində cinayət işi açılıb. Hazırda məhkəmə davam edir.



39 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyul
















30 İyun