Hollivud ulduzu təqaüdə çıxacaq

Hollivud ulduzu Cim Kerri aktyorluq karyerasını bitirmək üzrə olduğunu açıqlayıb. Mtv.az xəbər verir ki, o, bu barədə "Access Hollywood"a açıqlamasında bildirib. Aktyor təqaüdə çıxacağını və sakit həyat sürəcəyini vurğulayıb: "Karyeramı davam etdirə bilərdim. Amma sakit həyatımı çox sevirəm. Kətan üzərində rəsm çəkməyi, mənəvi həyatımı sevirəm. Bunu hiss edirəm, başqa bir ulduzdan heç vaxt eşitmədiyiniz bir şeydir - məndən bu qədər". C.Kerri əlavə edib ki, rolu yalnız möhtəşəm bir layihə olduğu halda qəbul edəcək: "Görsəm ki, qızıl mürəkkəblə yazılmış ssenaridir və insanların bunu izləməsi çox vacibdir, o zaman bəlkə qayıdaram". Xatırldaq ki, aktyorun son rol aldığı filmi "Sonic Movie 2" aprelin 8-də təqdim olunacaq. Xatırladaq ki, bundan əvvəl aktyor Brüs Uillis də səhhətində yaranan problemlərə görə karyerasını bitirdiyini açıqlayıb.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
