Aktrisa yeni sevgilisi ilə görüntülənib
Supermodel milyarder ilə sevgilidir - foto
Demet hansı xəstəlikdən əziyyət çəkir?
Alla uşaqları ilə birlikdə Moskvaya qayıdır

Facebook instagram Twitter Youtube
ULDUZ

Hollivud ulduzu ona niyə sillə vurub?

22-04-2022


Aparıcı Kris Rok "Oskar" mükafatlandırma mərasimində Hollivud ulduzu Uill Smitin ona sillə vurmasını ilk dəfə şərh edib. Mtv.az xəbər verir ki, o, ötən gün Bostonda baş tutan stand-up şousunda bu barədə danışıb. Bildirilib ki, Kris səhnəyə çıxdıqdan sonra tamaşaçılar onu iki dəqiqəyə yaxın müddət ərzində alqışlayıblar. Alqışlar Krisin müdaxiləsindən sonra kəsilib və mövzu ilə bağlı fikirlərini qısa formada bölüşüb: “Həftə sonum necə keçdi? Hələ ki, baş verənlərlə bağlı deyəcək sözüm yoxdur. Hələ də bu hadisəni özlüyümdə dərk etməyə çalışıram. Bununla bağlı hazırda mənfi şərhim yoxdur və bu barədə eşitmək üçün buradasınızsa, təəssüf edirəm. Nə vaxtsa bu mövzuda danışacağam. Bu, ciddi və gülməli olacaq". Qeyd edək ki, Smit Krisə şilləni həyat yoldaşının alopesiya xəstəliyi (saçın pataloji tökülməsi) ilə bağlı zarafatından sonra vurub. Sosial mediada sürətlə yayılan görüntülərə görə aktyora haqq qazandıranlarla yanaşı hərəkətini pisləyənlər də olub. Xarici mediada yayımlanan xəbərlərdə gecə "Kral Riçard" filmindəki roluna görə "Ən yaxşı aktyor" seçilən Uillin "Oskar"ının əlindən alına bilinəcəyi bildirilib. Kino Akademiyası isə məsələ ilə bağlı araşdırma aparılacağını açıqlayıb. Daha sonra açıqlama yayan Smit hərəkətinə görə üzr istəyib.

44 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 İyul
















1 İyul