ULDUZ
İradə yeni fotosessiya etdirib
19-04-2022

Müğənni İradə İbrahimova yeni fotosessiya etdirib. Mtv.az xəbər verir ki, son günlər saçlarını daha da açıq rəngə boyatdıran ifaçı qısa, ağ-qara dəstdə obyektiv qarşısına keçib. İ.İbrahimova yeni fotolarını instaqram izləyiciləri ilə bölüşüb. O, paylaşımına "Sən kimsən, nəçisən? Ömrümün sonuna gədər tələbəyəm. Bu həyatda ad-sanından, vəzifəsindən, işindən, statusundan asılı olmayaraq, daima tələbə olmağı, qalmağı seçən, istəyən insanlar var. Min şükür ki, mən də o sinifdənəm. Duam, bu istəyim heç bir zaman bitməsin!" sözlərini yazıb. Xatırladaq ki, İradə İbrahimova ailə qurduqdan sonra İstanbula köçüb və orada yaşayır. Ceyhun adlı türkiyəli iş adamı ilə ailə quran sənətçinin iki övladı var.



30 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 İyul
1 İyul