Aktrisa yeni sevgilisi ilə görüntülənib
Supermodel milyarder ilə sevgilidir - foto
Demet hansı xəstəlikdən əziyyət çəkir?
Alla uşaqları ilə birlikdə Moskvaya qayıdır

Facebook instagram Twitter Youtube
ULDUZ

Nadir nəvəsi üçün qızıl əmzik alıb

13-04-2022


"Bizim ailədə qız olmayıb. Harada qız görürdüm, gözüm yaşarırdı. Arzulayırdım mənimdə qızım olsun belə geyindirərdim, nazını çəkərdim. Allah vermədi". Mtv.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə deyib. Sənətçi bir neçə ay əvvəl evləndirdiyi oğlu Loğmandan danışıb. Nadir gəlini ilə münasibətindən söz açıb: "İndi ailəmizə gələn Əntiqəmiz mənim qızımdır. Ona gəlinim, Əntiqə demirəm. Ona "qızım" deyirəm. O isə mənə "Nadir müəllim" deyir. Xoşdur... Deyirəm, əsas həyat yoldaşını sev. O qədər razıyam ki, hər gün iki dəfə zəng edir. Yoldaşım Moskvada Əzizin (ikinci oğlu - red.) yanındadır. Evdə təkəm, istəmirəm yük olam. Zəng edir ki, yemək yeməmişik, sizi gözləyirik. Deyirəm, narahat olmayın, getmirəm". Nadir nəvəsi üçün aldığı qızıl əmzikdən söz açıb: "Yoldaşımla xaricə gedəndə həmişə uşaq mağazalarına giririk. Nəsə alırdıq, həvəsimiz var. Bilirsiz, evdə nə qədər uşaq paltarı var? Qızıl əmziyi də 10 il əvvəl almışıq. Qismət olsun... Oğullarımın heç biri mənə kömək etməyib, istəmirəm də... İçimdə gənclik var, bütün çətinlikləri özüm atlayıram. Gəlib hansısa bir pillədə varamsa, Allahıma minnətdaram. Güclü insanam, sınmaqdan qorxmuram. Təşəkkür görməyən insanam. Bunu görməyəndə həyatdan küsürsən. Səhər yuxudan oyananda hamı deyir, Allahım, mənə ruzi ver. Mən deyirəm ki, Allahım, mənim canımı al. Axı yaxşılıq edirəm, qarşılığını ala bilmirəm". Həyat yoldaşı Sevincdən bir müddətdir uzaq qalan Nadir "Yeri görünür. O gün deyirəm, Sevinc necə yerin görünür sənin" sözlərini söyləyib və ağlayıb.

43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 İyul
















1 İyul