Aktrisa yeni sevgilisi ilə görüntülənib
Supermodel milyarder ilə sevgilidir - foto
Demet hansı xəstəlikdən əziyyət çəkir?
Alla uşaqları ilə birlikdə Moskvaya qayıdır

Facebook instagram Twitter Youtube
ULDUZ

Elza onu hədələməsinə məhəl qoymur

12-04-2022


Müğənni Roza Zərgərli küsülü olduğu Əməkdar artist Elza Seyidcahanın onu hədələməsinə məhəl qoymayıb. Mtv.az xəbər verir ki, sənətçi teleproqramın birində onunla bağlı sualları cavablandırıb. Roza bildirib ki, Seyidcahan onu məhkəmə ilə hədələyib: "Elza yaxşı bəstəkardır, gözəl də ifaçıdır. Bəstələri ilə brend bəstəkar ola bilərdi. Heç kimlə küsülü deyiləm. Elza, adını çəkdim, ver məni məhkəməyə. Təzyiqim qalxdı. Dörd dəfə o səhv edib, yaşca böyük olsa da, məni təhqir edib. Onu bağışlamışam. Efirimdə də dedim ki, oğlu Ələkbəri sevirəm, hörmətimi sağlayıb. Dedi ki, anamdan inciməyin. Barışmağımızı istədi. Elza bunu danır. Elza özü yalanla yoğrulub. Dramaturq deyiləm sənin kimi ki, ssenari yazım. Elzanı bağışlayıram. Məni müzakirə edib, gülə-gülə yola vermişəm". Xatırladaq ki, müğənnilər arasında qalmaqalın ikinci dəfə alovlanmasına səbəb Rozanın Elzanın ona 5 min manat borcu olmasını açıqlaması olub. E.Seyidcahan qarşı tərəfin ünvanına "Bütün günü cərrahdadırlar. O qədər üzlərini dartdırıblar ki, ağıllarıda dartılıb" sözlərini söyləyib.

37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 İyul
















1 İyul