Aktrisa yeni sevgilisi ilə görüntülənib
Supermodel milyarder ilə sevgilidir - foto
Demet hansı xəstəlikdən əziyyət çəkir?
Alla uşaqları ilə birlikdə Moskvaya qayıdır

Facebook instagram Twitter Youtube
ULDUZ

"Mənə görə dava edənlər olub..."

15-02-2022


"Hələ fəth etmək istədiyim səhnələr var. Onların arasında yarışmalar, mükafat mərasimləri var. Arzuya addımlamaq üçün planlar cızmaq lazımdır. Mən nə etmişəm ki? Çox azdır bunlar".

Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova deyib.

Müğənni jurnalistin suallarını cavablandırıb: "Səhnə arxasında yaşananları bilmirsiniz. Bir dəfə onu göstərsək, müğənni olmaq istəyən sənətə gəlməz. Elə çətin günlərim olub ki... Oradan kimsə sağ çıxar? Amma qurbanolduğum məni sağ çıxarıb. Baxıram ki, necə burdan sağ çıxmışam? Bir iş görəndə qorxuları düşünmürəm. Çünki qorxular insanı dala çəkir. Mən də ideal deyiləm, üzərimdə çalışıram. Hansısa xüsusiyyətləri uzaq tuturam özümdən. Kin, nifrət insanı daxildən xəstələndirir, yataq xəstəsi olma vəziyyətinə belə gətirir".

Fanatlarından danışan A.Kazımova deyib: "Mənə görə dava edənlər olub. Əlbə-yaxa olan fanatım olub... Deyirəm, niyə dava edirsiz? Deyir, dözə bilmirəm, az qalırdım onu öldürəm. Mənə elə sürprizlər ediblər ki... Bu dəfə Aygün zeytun bağı saldılar. Təbiəti, heyvanları sevirəm. Hər zaman deyirəm ki, sənətimi bitirəndən sonra çoban olacağam".

58 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 İyul
















1 İyul