İradə koronavirusdan sağalıb

Müğənni İradə İbrahimova koronavirusa yoluxub.
Mtv.az xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib.
O bildirib ki, artıq bir neçə gündür özünü təcrid edib və sağalacağı günü gözləyir: "Can aldığı, nəfəssiz qoyduğu vaxtlarda belə mənə dəyib-dolaşmadı. Bunun üçün mən də çox əmək verdim. Yanıma yaxınlaşmamağı üçün çox səy göstərdim, amma olmadı. Əlbəttə, ölümdən qorxduğum üçün deyil. Hər zaman ölməkdən yox, öldürməkdən, pis bir işə səbəb olmaqdan, insanların yaşam sevincini əllərindən almaqdan qorxmuşam.
Günlərdir evin ən "pozitiv"i olaraq sevdiklərimdən uzaq, otağıma bağlı şəkildə "neqativ"ə dönəcəyim günləri sayıram. Bağlı qapının arxasından həyatın davam etdiyinin şahidi olmaq məni həm sevindirir, həm də düşündürür…Demek, mən yox ikən də həyat mənsiz öz axarında, gözəl bir şəkildə davam edir".
İradə əlavə edib ki, hazırda özünü yaxşı hiss edir: "Yatıb-qalxıb şükür etdiyim bir mənə qulluq edən var ki, sayəsində rahat keçirirəm. Qızıma və oğluma baxdım, dua etdim ki, ataları kimi olarlar. Səhər yeməyində günortanı, günortada axşamı soruşan, uşaqların dərsləri, işinin, mənim, evin yükünü alıb kürəyinə daşıyan canım həyat yoldaşım. Mən səndən çox razıyam, Allah da səndən razı olsun".

Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
