Keti musiqiçi Bobbi ilə eşq yaşayır - foto
Müəlliflik hüququnu 100 milyon dollara satıb
Aktyor 3 milyon lirə qazanacaq
“ABBA” üzvləri 40 ildən sonra görüşüblər - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Damla özünü "yanan ocağa atıb"

07-02-2022


"Kiminsə yerinə gələcəyəm" istəyim yox idi. Amma deyirdim ki, məndə o insanların sırasında olacağam. Qalib müzakirə olunmaz və test edilməz. Bir qrup insanlar uğur qazanmaq üçün canı bahasına olsa da, hər şeyi yoxlayır. Düşünürlər ki, hədəfə çatandan sonra xoşbəxt olacam. Bu zaman ətraflarındakı insanları incidirlər. Elə bir zamanda səhnəyə gəldim ki, yanan ocağa özümü atdım".

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Damla deyib.

O, sənət adamları tərəfindən hər zaman tənqid olunmasından danışıb: "İllərlə məşhurluq qazananların bir ara uğurlarına şübhə ilə yanaşması oldu. Bəziləri isə qazandıqları uğuru əllərində saxlaya bilmirdilər. Mən gəldim və ortalıq bir-birinə dəydi. Bütün basqılar mənə yönəldi. Deyirdilər, niyə gəlir? Öz uğuruna güvənən sakit olur. Şübhə ilə yanaşan narahat olur. Başqasının 20-10 ilə qazandığını mən 2-3 ilə etdim. Bunu da həzm etmək ağır oldu. Sahib olduqlarımla insanları qıcıqlandırmadım. Demədim, baxın, bahalı maşınım var. Əlbəttə, həyatımı düzənə qoydum. Amma açıb göstərmədim, baxın, sizdən biri deyiləm, artıq ulduzam".

79 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyul
















30 İyun