ULDUZ
Köhnə "Dəyirman"çılar görüşdülər - foto
01-02-2022

Köhnə "Dəyirman" qrupunun solistləri Xalq artisti Miri Yusif, müğənnilər ABD Malik və Elmir bir araya gəliblər. Mtv.az xəbər verir ki, "Green card" udaraq ABŞ-a köçən Elmir bir müddətdir Bakıya qayıdıb. Müvəqqəti Azərbaycana gələn ifaçı dostlarını bir araya yığıb. O, keçmiş duet ortaqları ilə çəkdirdiyi fotoları da sosial şəbəkədə yayımlayıb. "Həyatımda etdiyim ən gözəl səfər. Allaha təşəkkür edirəm ki, mənim çoxlu yaxşı dostlarım var. Məhz bu mənim səfərimi unudulmaz etdi. Hər kəsə diqqətinə görə minnətdaram. Sizinlə ünsiyyətdən böyük zövq aldım. Gözlərinizdə sevinc və qürur gördüm. Növbəti səfərdə mütləq yenidən görüşəcəyik", - Elmir bildirib.


86 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyul
30 İyun