ULDUZ
Renka sevgilisindən ayrılıb
27-01-2022

Müğənni Rəna Ağamuradova (Renka) sevgilisindən ayrılıb.
Mtv.az xəbər verir ki, Renka Türkiyə vətəndaşı olan bir şəxslə sevgili imiş:
"Depressiyadayam, hələ çıxa bilmirəm. Heç nə istəmirəm... Nə çəkilişə getmək, nə də iş görmək istəyirəm. Ürəkağrısıdır... Ayrılası olduq, belə alındı. Bir ildir münasibətdə idik. Mənim işimlə alınmır. Hər zamankı kimi, işimlə əlaqədar şəxsi həyatım alınmır. Nə vaxt karyerama son qoysam, o zaman şəxsi həyatım alınar. Qısqanclıq səbəb oldu. Ayrılmanı ilk o istədi. Gəlib-getmələr çətin idi. Burada yaşamağım və işə çox vaxt ayırmağım ayrılığa gətirdi.
Depressiyadan çıxmaq üçün ölkədən getməyi düşünürəm. Görürəm ki, belə yaşamaq mümkün deyil. Həkimlərə müraciət edəcəm. Çox pis durumdayam".
90 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyul
30 İyun