ULDUZ
Müğənni ögey anasını məhkəməyə verib - foto
12-09-2021

Türkiyənin məşhur müğənnisi Burcu Güneş ögey anası Nuray Güneşi məhkəməyə verib. Mtv.az xəbər verir ki, o, ifaçının atasından ona miras qaldığını iddia etdiyi evi qeyri-qanuni yolla öz adına keçirməyə çalışıb. Bu səbəbdən Burcu ögey anası barədə mülkiyyət sənədinin ləğvi ilə bağlı iddia qaldırıb. Xatırladaq ki, B.Güneşin atası Ali Güneş 2002-ci ildə dünyasını dəyişib. Nuray Güneş oğlu ilə sözügedən mənzildə 31 il qalıb. İkinci dəfə ailə qurduqdan sonra məhkəmə prosesindən yayınmaq üçün evi hazırki həyat yoldaşının adına keçirib.

48 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
20 May