Modelin gözəllik sirləri məlum olub
İsraili “Avroviziya 2023”də Noa Kirel təmsil edəcək
Rihanna başına yaylıq bağlayıb - foto
Çimərlik kolleksiyasını təqdim edib - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

İradə özünü "fenomen" adlandıranları tənqid etdi

17-09-2021


"Heç bir zaman xor görmədim, gülmədim, fikrimdə belə əzmədim. Bir çoxlarını izləyib "fenomen" edənləri belə tənqid etmədim. Bu həyat seçimlərdən ibarətdir, hər kəsin seçimi özünə özəl və xasdır". Mtv.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. O, sosial şəbəkədə özünü "fenomen" adlandıranları tənqid edib: "İki övladım var və həyatda nəyi nə vaxt, necə seçəcəklər bilmirəm. Sadəcə, bildiyim bir şey var - nə seçərlərsə seçsinlər "ədəbləriylə yaşasınlar". Əxlaq qaydalarına riayət, hədd, sərhəd bu dünyadakı hər kəsə məxsusdur. Bir az ədəb, tərbiyə... Həddini aşan asanadır. Bir az dərrakə... Hər kəs özünə cavabdehdir, amma ədəbiylə. İzləməməklə olmur, bəzən baxın beləcə, gəlib gündəmdə otururlar. Necə yaşayırsan yaşa, amma ədəbinlə yaşa. Bəzən gördüklərimə də çox üzülürəm və ürəyim bulanır. Ədəbsizlərin mükafatlandırıldığı etibarsız həyatlara üzülürəm. Təəssüf hissiylə yazıram, amma etibar ilə məşhurluq bir-birinə qarışıb. Hamı məhşurdur, amma etibarlı olanı neçə nəfərdir? Əxlaqsızlıq, ədəbsizlik, cahillik dəb olarmı? Çox acı, təəssüf, amma oldu və bu bir həqiqətdir. Yalnız bildiyim bir həqiqət daha var: Allah, yaxşı insanları, pis insanlarla sınayar, ancaq yaxşıları pislərə yar etməz. Bu yaşıma gəldim və çox şükür əksini görmədim".

122 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti