ULDUZ
Xumarın yeni ifası rezonans yaratdı - foto
02-09-2021

Hər zaman adından sənətilə söz etdirən Əməkdar artist Xumar Qədimovanın yeni ifası böyük rezonans yaradıb. Mtv.az xəbər verir ki, müğənninin bacısı Matanla duet şəklində oxuduğu "Heç bir şey söyləmə" mahnısının sorağı Türkəyədən gəlib. Qonşu ölkədə Qədimova yaradıcılığına həmişə böyük rəğbət olub. Türk musiqisinin əsas fiqurlarından olan Yıldız Tilbə Əməkdar artistin mahnısına bu dəfə də laqeyd qalmayıb. Tilbə "Heç bir şey söyləmə" mahnısını 4,6 milyonluq tvitter səhifəsində paylaşıb. Xatırladaq ki, Xumar Qədimova sənətini sevdiyini dəfələrlə söyləyən Yıldız Tilbə 2007-ci ildə müğənninin "Gələcəyəm" bəstəsini ifa edib.

111 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
20 May