Yıldız Tilbe məhkəməyə verilib
Moskva Moda Həftəsi yaradılır
Məşhur model Sofiya Riçi ərə gedir - foto
Madonna malikanəsini satışa çıxarıb - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Səidə Sultan türkiyəli ifaçıya dəstək verdi

01-09-2021


Müğənni Səidə Sultan türkiyəli ifaçı Yıldız Tilbenin vaksin vurdurmamaqla bağlı fikirlərinə dəstək çıxıb. Mtv.az xəbər verir ki, sənətçi bunla bağlı paylaşım edərək, vaksin istəmədiyini vurğulayıb: "Kim mənə zəmanət verəcək ki, vurdurduğum vaksin, 5, 10 ildən sonra nə fəsadlar verəcək? Bəlkə elə sonda hamımız zombiləşəcəyik? İmkan verin həyatımızı yaşayaq, özümüz-özümüzün qayğısına qalaq. Əvvəl dedilər ki, məcbur deyil. İndi məcburdur, niyə məcbur? İnanın ki, sizlər bizim canımızı özümüz istədiyimiz kimi istəyə bilməzsiniz". Yıldız Tilbe "Virusdan qorumayan vaksini niyə vurdurum? Təsdiqlənməmiş, istehsalçıların belə "Bir şey olarsa, cavabdehlik daşımırıq" dediyi peyvəndi niyə qəbul edim? Dörd doza qorumursa, 44 peyvənd vurulacaq? Bu nədir?" sözləri ilə gündəmə gəlib. Xatırladaq ki, Operativ Qərargahın qərarına əsasən sentyabrın 1-dən restoranlara, alış-veriş mərkəzlərinə giriş Covid-19 pasportu ilə olacaq. Eyni zamanda bundan əvvəl toy məclislərinə gedən qonaqlardan və orada ifa edən müğənnilərdən də Covid-19 pasportu tələb edilirdi.

114 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
















20 May