Yıldız Tilbe məhkəməyə verilib
Moskva Moda Həftəsi yaradılır
Məşhur model Sofiya Riçi ərə gedir - foto
Madonna malikanəsini satışa çıxarıb - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Nadir "Maral" mahnısı ilə həyatını qurub

27-08-2021


Müğənni Nadir Qafarzadə "Maral" mahnısının ona qazandırdıqlarındand anışıb. Mtv.az xəbər verir ki, o, mahnını ifa etdikdən sonra maddi durumunun daha da yaxşılaşdığını deyib: "Mahnı 2013-cü ildə mənə təqdim edildi. Bunu Türkiyədə bir şəxs öz xanımı üçün yazmışdı. Mahnını göndərdilər ki, bunu oxu. Dedim ki, mən Flora Kərimova ilə oxumuşam, Füzuli kontatası ifa etmişəm, indi bunu necə oxuyum? Düşündüm ki, mənim üçün eniş pilləsi olar. Oxuyandan sonra da mənim üstümə çox gəldilər, təhqir etdilər, dedilər ki, bayağıdır. Amma mahnı sevildi. Mahnıma bayağı deyən müğənnilər gəlib dedi ki, toylarda hamı "Maral"ı oxumağımızı istəyir. Mənə heç bir mahnım pul qazandırmayıb, amma "Maral"da belə olmadı. Onunla Rusiyanı gəzdim, Dağıstana qədər gedib çıxdım, yəhudi, oliqarx toylarında çıxış etdim. "Vağzalı" yerinə "Maral"la gəlinlər içəri girirdi. "Maral"la həyatımı qurdum, ev aldım, övladımı oxutdurdum, tamam həyatım dəyişdi. Yaxşı pul qazandım, halal zəhmətimlə qazandım".

101 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
















20 May