Yıldız Tilbe məhkəməyə verilib
Moskva Moda Həftəsi yaradılır
Məşhur model Sofiya Riçi ərə gedir - foto
Madonna malikanəsini satışa çıxarıb - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Səhnə geyimlərini xanımı seçir

25-08-2021


"Bir müğənnimiz var, əlləri qısadır, cibinə çatmır. Simicdir... 40 il əvvəlki plaşını çıxarıb ki, bunun balağını kəsdirib geyinim, dəbdir". Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov deyib. Müğənni sənət adamlarının zövqündən danışıb. O bildirib ki, səhnə geyimlərini seçməkdə ona xanımı yardım edir: "Bir geyimi çox geyinmək olmaz. Bu, müğənnilərin sarı simidir. Bəzən pencəklərimi götürüb üzərində dəyişiklik edirəm. Səhnə alışıb-yanmağı sevir. Bir də broş sevirəm. İndi bir çox ifaçılar da bunu edir, çox gözəl. Kişinin geyimində səliqəlik, özünə yaraşan və təmizlik rol oynayır. Qolbaqlarımı isə 16 yaşlı qızım Leyla hazırlayır. Bəzi sənət adamları zərli, köhnə dəbli geyimlər geyinir. Amma onlar tarixdə qalıblar. Bəzi ifaçılar və aparıcılar səhər efirinə elə gəlir ki, elə bil "azsolist"dir. Gecə geyimi geyinirlər". İnstaqramda yazılan şərhlərlə bağlı suala ifaçı "Şərhlərlə işləmirəm. Bəzən nəsə yazırlar, əvvəl fikir verirdim. İndi şərhlərə baxmıram, lazımsızdır. Özündən xəbərsiz nə gəldi yazır. Girib profilinə baxırsan ki, bu, nəyə qulluq edir" cavabını verib.

106 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
















20 May