ULDUZ
İlhamə həmkarlarını tanımadı
20-08-2021

Müğənni İlhamə Qasımova teleproqramın birində qonaq olub. Mtv.az xəbər verir ki, ifaçıya sənət adamlarının fotoları göstərilib. O, həmkarları Vəfa Şərifova və Türkan Vəlizadəni tanımayıb. "Yuxarıdan üç insanı tanıyıram. Oksana, Rəqsanə və Şəbnəm. Bir də Elvin. Digərlərini isə tanımıram. O kənardakı oğlanı görmüşəm amma adını bilmirəm" deyən İlhamə aparıcının yardımı ilə Nuri Sərinləndiricinin adını xatırlayıb. "Türkan adlı müğənninin olduğunu bilirəm. İnsataqramda da qarşıma çıxır. Amma burada onu tanımadım" deyə, İlhamə əlavə edib. Sözügedən tanınmışlarla bağlı sualları cavablayan İ.Qasımova Vəfa və Türkanın səsini eşitmədiyinə görə səsləri ilə bağlı hər hansı şərh verə bilməyəcəyini vurğulayıb.
110 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
20 May