Yıldız Tilbe məhkəməyə verilib
Moskva Moda Həftəsi yaradılır
Məşhur model Sofiya Riçi ərə gedir - foto
Madonna malikanəsini satışa çıxarıb - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

"Kişinin üstündən ətir iyi gələr..."

17-08-2021


Əməkdar artist Vasif Məhərrəmli bir neçə il əvvəlki müsahibəsində qalmaqala səbəb olan “Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram” sözlərinə aydınlıq gətirib. Mtb.az xəbər verir ki, sənətçi “Kişidən mazut iyi gələr” deyimi ilə razılaşmadığını bildirib: “Niyə mazut iyi gəlməlidir? Kişinin üstündən ətir iyi gələr. Deməmişəm ki, heç vaxt oturmaram. Demişəm ki, “mən onun yanında niyə oturmalıyam”. Tək mazut iyi yox, natəmiz adamın yanında, küçədəki "bomj"un, pis qoxu verən adamın yanında mən niyə oturmalıyam? Sual vermişəm ki, “niyə oturum, niyə o əziyyəti çəkim”. Hətta mənim sənət dostlarım var ki, doğurdan da yanlarından keçiləsi deyil, pintidirlər. Mənim məqsədim təmizkarlığın təbliğatını aparmaq olub”. Qeyd edək ki, Vasif Məhərrəmli illər əvvəl müsahibəsində bunları demişdi: “Çirkin insan yoxdur, gərək özünə baxasan. “Kişidən mazut iyi gələr” deyimi ilə qətiyyən razı deyiləm. Qardaş, niyə mazut iyi gəlməlidir? Mən dünyanın ən bahalı ətirini vururam, məndən ömür boyu mazut iyi gələ bilməz və heç vaxt mazut iyi gələn adamın yanında oturmuram”.

123 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
















20 May