Yıldız Tilbe məhkəməyə verilib
Moskva Moda Həftəsi yaradılır
Məşhur model Sofiya Riçi ərə gedir - foto
Madonna malikanəsini satışa çıxarıb - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

"Qaymaqlar getdi, gəlməyəcək yeniləri..."

13-08-2021


"Bu il çox sənət adamlarını itirdik. Nə qədər dostumuz dünyasını dəyişdi. Səməd Səmədovun ölümünü eşidəndə donub qaldım. Hələ də inana bilmirəm". Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Musəvi deyib. Müğənni son vaxtlar dünyasını dəyişən sənət adamlarından bəhs edib. O bildirib ki, gənclər arasında onlar kimi istedadlısı yoxdur. Müğənni daha xanımların son vaxtlar bir-birinə bənzədiyini irad tutub: "Qaymaqlar getdi, gəlməyəcək yeniləri. O dövrün oxuyanlarının hərəsinin öz dəsti xətti, tembri var idi. Bir-birinə oxşamırdı. İndikilərin əksəriyyəti bir-birinə oxşayır. Fərqlənmirlər. Xarici görünüşü də belədir. Hamı bir-birinə oxşayır: eyni burun, yanaq, dodaq. Mən xoşbəxtəm ki, seçilirəm. Allah məni qoruyub saxlayıb, özümə görə xarici görünüşüm var. Zöhrə Abdullayeva deyirdi ki, hamısı oxşayır, heç biri yadımda qalmır. Məndən heç kim inciməsin. Bundan sonra tarix göstərəcək gənclərdən kimlər qalacaq".

105 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
















20 May