ULDUZ
"Həyat yoldaşım 12 illik dostumdur..."
11-08-2021

"Həyatda elə bilmişəm ki, sevmişəm, dəli-divanəyəm. Amma yenə də xoşbəxtlik olmayıb. Bəlkə xoşbəxtlik indiki halımdır. Ailən sağlam, salamat, ətrafında gözəl insanlar olsun. Sənin dayağın olsun". Mtv.az xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova deyib. Sənətçi kimliyini gizli saxladığı həyat yoldaşından bəhs edib: "Həyat yoldaşım mənim 12 illik dostumdur. Əgər 12 il əvvələ qayıtsaydım, yenə onu seçərdim. Dostum oldu, amma onu görmədim. Sonra anladıq ki, bir-birimizi sevmişik. İndi ikimiz də deyirik ki, niyə 12 il əvvəl sevmədik bir-birimizi?". Xatırladaq ki, Oksananın bu nikahdan Osman adlı övladı var.
107 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
20 May