Madonna 35 yaş kiçik sevgilisindən ayrılıb
Hollivud ulduzuna psixi pozuntu diaqnozu qoyulub
Müğənni mebel şirkətinin siması olub
Supermodel 78 yaşında poz verdi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

İmicini tamamilə dəyişənlər kimlərdir? - foto

11-08-2021


Son vaxtlar plastik əməliyyat etdirən məşhurların sayı daha da artıb. Bir çoxları estetik proseduralarla bütün bədən və üz quruluşunu dəyişdirir. Mtv.az plastik əməliyyatın tamamilə dəyişdiyi məşhurları təqdim edir: Əməkdar artist Lalə Məmmədova son günlər görünüşündəki dəyişikliklə gündəmdən düşmür. Müğənni ilk əvvəl burnuna plastik əməliyyat etdirib. Daha sonra isə o, saç rəngini dəyişdirib. İfaçı saçını gah tünd rəngə boyatdı, gah da saraltdı. İzləyiciləri L.Məmmədovanı hər dəfə bu dəyişikliyə görə tənqid etsələr də, ifaçı özünü indi daha çox bəyəndiyini bildirib. Rəqqasə Fatimə Fətəliyeva da son günlər dəyişikliklərlə diqqət çəkib. Müğənni əvvəlcə liposaksiya etdirərək, artıq çəkidən xilas olub. Daha sonra qaşlarını qaldıraraq, üzündə bir çox müdaxilələr etdirib. Sonda isə Fatimə saç rəngini dəyişərək yeni görünüş alıb. Aparıcı Zümrüd Bədəlova da son vaxtlar görünüşündə xeyli dəyişikliklər edib. belə ki, o, əməliyyatla qaşlarını qaldırtdırıb, üzündə kosmetoloji proseduralar etdirib. Zümrüd eyni zamanda liposaksiyaya da müraciət edib. Xalq artisti Aygün Kazımova illərlə müxtəlif plastik əməliyyatlar etdirib. Sənətçi üz, bədən nahiyələrindəki dəyişikliklərə görə dəfələrlə bıçaq altına yatıb. Son günlər də Kazımova saç düzümlərində tez-tez dəyişiklik etməsi ilə gündəmə gəlir. Müğənni Xatun Əliyeva da plastik əməliyyat etdirənlər siyahısındadır. Sənətçi həm bədənşəkilləndirmə əməliyyatı etdirib, həm də rinoplastika. Burnunu kiçiltdirən Xatun üzündə də kosmetoloji proseduralar edib.











101 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May
















25 May