Yıldız Tilbe məhkəməyə verilib
Moskva Moda Həftəsi yaradılır
Məşhur model Sofiya Riçi ərə gedir - foto
Madonna malikanəsini satışa çıxarıb - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

"Əməliyyatdan sonra başqa imic aldım..."

09-08-2021


"Kişilərin sevdiyi, seçdiyi xanımam. Çox təkliflər olub, amma özümə qadağa qoymuşam. Hər zaman kişi tərəfindən sevilib-seçilən qadın olmuşam. Onu da öz hörmətimlə qazanmışam. Xoşbəxt olmayan ailə tablosu və gizli eşq arasında seçimdə qalsaydım, gizli eşqi seçərdim. Ürəyimdə o qədər gizli eşqlər olub ki... Amma özümdə saxlamışam, üzə vurmamışam. İlk dəfədir etiraf edirəm, düz gözünün içinə baxmışam. Yanımda olan kişi ağıllı, savadlı olmalıdır ki, mən bildiklərimdən də artıq öyrənim. Mənim üçün maddiyyat önəmli deyil. Əsas sevgidir". Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova deyib. Aktrisa şəxsi həyatından, sevgidən danışıb: "Düzdür, yoldaşımla eyni sənətdə olmuşuq, çiyin-çiyinə çalışmışıq, amma bu gün bir yerdə deyilik. Yəqin ki, biz bir-birimizi başa düşmədik. N.Orucova arıqlamağı, görünüşündəki dəyişiklikdən söz açıb: "Xarici görünüşümdə anidən bir dəyişiklik oldu, bu mənim sağlamlığım ilə bağlı idi. Mədə əməliyyatı keçirtdim. Hər şeyi yeyə bilmirdim, çox ağrılarım var idi. Əməliyyatdan sonra başqa imic aldım. Əvvəl milli, indi avropa tipli qadın oldum. Nəyi pisdir ki? Amma görünüş dəyişəndən sonra mənə obraz təklifi gəlmir nədənsə. Burdan üzümü rejissor, ssnearistlərə tuturam ki, xahiş edirəm ki, mənə görə obraz yaradın, oynamaq istəyirəm. Fikrimcə, hər bir kanalda aktyora qonorar verilməlidir. Dünənki aktyorla, bugünkü arasında fərq olmalıdır. O fərq yoxdur. Dünən gələn aktyor deyir ki, baxışım yoxdur. Amma köhnə sənətkarlar illərdir səhnədədir. Baxışları azdırsa, onlara dəyər verilməməlidir? Bu gün də özümə sənətkar demirəm, mən sənətkarlar görmüşəm, onların əziyyətini. Yaxşı aktyor olmamağa bizim ixtiyarımız yoxdur".

104 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
















20 May