ULDUZ
Əməkdar artist çətin günlərini yadına saldı
05-08-2021

"Sağ qalmağım bir möcüzə idi. Ciyərlərim 75 faiz şüşə olmuşdum. Yaxşı ki o anda güzgüyə baxmamışam. Bütün gömgöy idim, ayaqüstə dura bilmirdim. Başına gələn bilir ki, nədir. Oğlum Kərim deyir ki, bilirsən nə gündə idin?" Mtb.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli deyib. Rusiyada koronavirusa yoluxan müğənni xəstəxanada keçirdiyi çətin anlardan danışıb: "19 gün reanimasiyada qaldım. Neçə gün yatmışam, heç nədən xəbərim olmayıb. Oyandım ki, əllərim, qollarım bağlı, dişim sınıb. Narkoz altında məni yatızdırırdılar. Yanımda gündə bir xəstə ölürdü.
111 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
20 May