Reperin öldürüldüyü avtomobil satılır-foto
Yıldız Tilbe peyvənd olundu
Model eşq iddialarını yalanladı
Məşhur cütlük rekorda imza atıb - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Elton qızlarını müğənni görmək istəyir

03-08-2021


"Əgər qızım oxusa, yardım edəcəm. Amma onun bəstəkar olmasını istəyirəm. Uşaq arzuladığı iş arxasınca getməlidir. Qızımın klassik musiqi ifaçısı olmasını istəyirəm. Xaricdə Azərbaycan klassik musiqisini təmsil etsin, müsabiqələrə qatılsın. Toylara getməyini istəmirəm. Toy yolu keçmişəm, gedirsən məşəqqətlə pul qazanırsan. Çətindir. İstəmirəm balalarım onu yaşasın. Onların korluq çəkməsini istəmirəm". Mtv.az xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev deyib. Sənətçi qızlarının müğənni olmasını istəsə də, onların toylara getməyinə etiraz edəcəyini söyləyib: "Müəyyən şeylərdə onlara etiraz edirəm. Tərbiyə önəmlidir. Ürəkləri istəyəni edirəm, amma qədərində. Ərköyün etmək olmaz. Allah istədiyim hər şeyi verib. Əsas odur ki, bu yolu düzgün gedəsən. Özümə söz vermişəm ki, 50 yaşımdan sonra oxumayacam. O vaxta qədər oxumağı bitirəcəm. İstəmirəm toylara gedim. Hər aşiqin öz dövranı var. Gəlişini bilmirsən, amma gedişi qərar verirsən".

31 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti