Madonna 35 yaş kiçik sevgilisindən ayrılıb
Hollivud ulduzuna psixi pozuntu diaqnozu qoyulub
Müğənni mebel şirkətinin siması olub
Supermodel 78 yaşında poz verdi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Damla Elza ilə yaşadığı qalmaqaldan danışdı

02-08-2021


"Sənətinə milyon xərcləyənlər qəbul olunmur, sevilmir. Elə ifaçı var ki, milyon xərcləyir, amma...". Mtv.az xəbər verir ki, bu sözləri müğənni Damla "10-da görüşək" proqramında deyib. Sənətçi Əməkdar artist Elza Seyidcahanla aralarında yaşanan qalmaqaldan bəhs edib: "Elza Seyidcahan mənim adımı çəkərək ünvanıma sözlər deyib. Yaşın böyük olması, Arif Məlikov tələbəsi olmağı, bəstəkarlalığı qarşımı kəsdi. Düşündüm ki, zəng edib ona ağıllı-ağıllı nə deyəcəm? Yaşıdlarım arasında kimləsə problem yaşasam, zəng edərəm. Təhdid, şantajla yox? Ortaq məxrəcə gələrəm ki, nədi problem. Çıxıb efirdə hansısa bir müğənninin bəsit ifasını, yaraşmayan geyimini tənqid etmərəm. Ad aldıqdan sonra insanın şərəfinə toxunmadan, alçaltmadan, sənət yoldaşımı efirdə qırmadan, qapalı formada fikrimi izah edərəm. Amma balta, bıçaqla, qırıcı sözlər demərəm. Hamımızın evdə valideyni, məktəbə gedən övladı var. Bir xəbər haqqımda çıxan kimi anam üçün narahat oluram. Şəkəri var, olmaz. Kiminsə məkətəbə gedən uşağına niyə kənardan desinlər, anana, atana bunu dedilər. Onun psixologiyası? Bizim şou-biznesdə çatışmayan odur ki, hər bir nifrəti, kini ekranda qusuruq. Ekran vasitəsilə şirə dönür, hamımızı alçaldırıq. Niyə bu var? Kimləsə problemim varsa, ayda yaşamırıq, telefonumuz var, zəng edib aydınlaşdıraq".

84 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May
















25 May