Nadir telefonunu gələcək gəlininə verib

"Böyük elçilik etdik, elə nişan kimi idi. Çox narahatam. Hər zaman toyda olanda deyirdilər, həyəcanlıyıq. Təəccüblənirdim ki, niyə. İndi görürəm ki, başqa həyəcandır. Əvvəl oğluma deyəndə evlənmək, razılaşmırdı. Elə narahat idim ki..." Mtv.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə deyib. Oğlu Loğmanı nişanlayan sənətçi gəlinindən danışıb: "Artıq gəlinə atalıq edirəm. Telefonumu verdim gəlinə ki, nəsə istəyəndə oğlumdan yox, məndən istə. Birdən onun gücü çatmaz. Hələ zəng gəlməyib, amma istəyərdim gəlsin, sevinərdim. Dörd ildir bir-birini sevib, bir işləyirdilər. Anası narahat olurdu ki, 25 yaşı var, evlənmir. Rusiyada olanda anası yazdı ki, oğlun eşqə düşüb. Anası Gürcüstandan, atası Naxçıvandandır. Atası rəhmətə gedib. Ziyalı ailədir, ürəyimizcə oldu".
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
