Yıldız Tilbe məhkəməyə verilib
Moskva Moda Həftəsi yaradılır
Məşhur model Sofiya Riçi ərə gedir - foto
Madonna malikanəsini satışa çıxarıb - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Lətifə sevgidən və xəyanətdən danışıb

28-07-2021


"Xəyanət baş verir, çoxlarında olub. Amma xainliyə pis baxıram. Onlar arasında balaca ip var. Xəyanət xainliyə keçəndə bağışlanmaz. Xəyanət səhv, düşüncəsizlikdən ola bilər. İnsanlar arasında acıq ola bilər. Amma xainlik olmaz". Mtv.az xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz deyib. Sənətçi sevgidən bəhs edib və bildirib ki, boşanmalara səbəb cütlüklər arasındakı uyğunsuzluqdur: "Verdiyin sevgi qarşılıqlı olmalıdır. Onu geri almalısan. Qarşılıq alanda hər bir qadın xoşbəxt olur. Burada artıq xəyanət də, xainlik də olur. Sevgidə düzlük olmalıdır. Sevənlərin ortaq məxrəci olmalıdır. Sevgidə cütlüklər bir-birini tamamlamalıdırlar. Ailə qururlar, boşanırlar... Niyə? Boşanmaların səbəbi bir-birilərini tamamlamamaqlarıdır. Qadın hansısa işdə uğur qazananda, sevgisini tapanda xoşbəxt olur". Ölümdən danışan Lətifə deyib: "Adi suyumu alıb, dənizkənarında oturmaq mənə zövq verir. Həyatı sevərək yaşayanda ölümə hazır oluruq. Doya-doya yaşayın ki, ölüm anı gələndə rahat olaq. Heç kimin xətrinə dəyməyək, insan qəlbi qırmayaq. İnsan pərt etmək, qəlb qırmaq ən böyük günahdır. Düşünürəm ki, bunu edəndə Allah geri dönüşünü yaşadır. Yaşatdığını yaşamadan ölmürsən. Mütləq bunun cəzasını çəkəcəyik. Elə cəhənnəmimizi bu həyatda yaşayacağıq".

91 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
















20 May