Yıldız Tilbe məhkəməyə verilib
Moskva Moda Həftəsi yaradılır
Məşhur model Sofiya Riçi ərə gedir - foto
Madonna malikanəsini satışa çıxarıb - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Əməkdar artist qadın həmkarına xəbərdarlıq etdi

27-07-2021


Əməkdar artist Cavanşir Məmmədovla müğənni Mənzurə Musayeva arasında dava düşüb. Mtv.az xəbər verir ki, buna səbəb Mənzurənin dediyi "Duet ortaqları sevgili olur, eşq yaşayır" sözləri olub. C.Məmmədov Mənzurənin ünvanına sərt sözlər deyərək, ona xəbərdarlıq edib: "Öz gözlərində tir görməyən başqa gözlərdə mil axtarırlar. Prodüser, sponsor, menecer sevgilin deyil? Adam danışanda qadın olduğunu düşünməlidir. Biz açıb tökmərik çay nəyin üstündən axır. Elə danış ki, quyuya özün düşə bilərsən. Durub deyir ki, Səyyad Əlizadə ilə Mətanət sevgili olub. Onun ailəsində niyə söz söhbət yaradırsan? Utanmırsan? Uşaqsan? Adama bir dəfə, iki dəfə deyərlər. Kimsə sənin haqda bildiyini danışsa, yaxşı olar? Bir dəfə sənə xəbərdarlıq etmişəm ki, danışığına fikir ver. Qayıtdın ki, sizdən danışmıram. Lap məni demirsən, nə haqqın var? Biz çox şeylərin şahidi olmuşuq". Mənzurə isə C.Məmmədova "Kim ona deyir öz üzərinə götür. İşi bilənlər bilir. Ağ kağızam, ləkə götürmərəm. Mənim haqqımda heç kim heç nə deyə bilməz. Cavanşir uşaq deyil, hər şeyi qəşəng bilir. Olanları demək eyib deyil. Sən niyə özünə götürürsən ki? Mən demişəm 80 faiz sevgilidir. Sən qal 20 faizin içində" cavabını verib.

90 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
















20 May