Müğənni Antalyada dincəlir
Müğənni qumar düşkünü olduğunu açıqlayıb
Hollivud ulduzunun məhkəməsi başa çatıb
Motelə əxlaqsız təklif edildi

Facebook instagram Twitter Youtube
ULDUZ

"Karate üzrə yaxşı idmançı ola bilərdim..."

04-06-2021


“Müəllimlərim mənə deyirdilər ki, səndən oxuyan olmayacaq. Amma mən özümdə güc tapdım. Mənə pislik edən insanlar yaxşı ki, oldular. Onların ayağıma sərdikləri daşlardan özüm üçün pilləkən düzəldib, indiki Ayaz oldum”. Mtv.az xəbər verir ki, bu sözləri müğənni Ayaz Qasımov deyib. Sənətçi uşaqlığında yaşadığı çətinliklərdən söz açıb: “Digərlərindən fərqli olaraq mənim adi uşaqlıq illərim keçməyib, amma heç vaxt da heç nəyin artığını arzulamadım. Gözlənilmədən o həyatı yaşamağa məcbur olduq, uşaqlıq illərim bir anda yoxa çıxdı. Bu gün arzuladığımdan da üstün bir yerdəyəm. Amma bu sənət o qədər çətindir ki, övladlarımın davamçım olmasını heç istəmərəm. Musiqi ilə məşğul olduğum ərəfədə idmana da gedirdim. Bəlkə də karate üzrə yaxşı idmançı ola bilərdim. Amma atam dedi ki, ikisindən birini seç, mən də musiqini seçdim. Şou-biznesin bəzi qayda-qanunlarının mənə heç bir aidiyyatı yoxdu. Təsadüfi ifaçı da deyiləm”.

14 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti