Natiq Şirinovun təklifi ilə Bakıda Dünya Ritm Festivalı keçiriləcək

Natiq ritm qrupu Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Koreyada konsert verəcək. Bu barədə qrupun bədii rəhbəri əməkdar artist Natiq Şirinov məlumat verdi. O, həmçinin İsveçrə konserti haqqında da danışdı.Dövlətdən dəstək gələrsə, 2013-cü ildə Azərbaycanda Dünya Ritm Festivalı keçirməyi planlaşdırdığını deyən Natiq Şirinov festival haqqında geniş məlumat verməyi də unutmadı.İlk dəfə istəyirəm belə olsun çünki zərb alətləri festivalında belə bir şey olmayıb. Möhtəşəm bir şou olacaq.Dünyada tanınmış zərb alətləri ifaçıları dostlarım var.Azərbaycanda Ritm Mərkəzinin olması istiqamətində bir sıra danışıqlar apardığını deyən əməkdar artist bu mərkəzin tezliklə yaradılmasını zəruri hesab edir.Mənim nağaramın qiyməti nəinki Azərbaycanda, bütün Qafqazda ən bahalı nağaradır deyən Natiq Şirinov el şənliklərinə baha getdiyini deyən müğənnilərə söz atmağı da unutmadı.Azərbaycan nağarasının çox qiymətli olduğunu deyən ritm ifaçısı albom çıxaracağını da istisna etmədi.Klip çəkdirməyə münasibətini bildirən əməkdar artist bu gün Azərbaycanda çəkilən kliplərin dünya standartlarına uyğun gəlmədiyini söylədi və keyfiyyətli klip çəkdirmək üçün lazımi vəsaitinin olmadığını açıqladı.Eurovision” mahnı müsabiqəsi ilə bağlı təəssüratlarını da bizimlə bölüşən Natiq Şirnov Qavaldaşı ilə səhnəyə çıxmaqlarının əvvəlcə tərəddüdlə qarşılandığını Muz Tv-yə açıqladı. O, insanların Qavaldaşı ilə olan ifaya münasibətindən də danışdı.Bass-nağarada ifa edən Natiq Şirinovun oğlu Ümid Şirinov da atasına baxıb İlham aldığını dedi və onun sənətini davam etdirməyin böyük zövq olduğunu qeyd etdi.O, həmçinin gələcəkdə də nağaranın dünya miqyasında tanınması üçün əlindən gələni edəcəyini vurğuladı.
Çinarə Nurməmmədova
Ramal Gülməmmədov
Muz-Tv.az
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
