Xatirənin geyimi səs-küy yaratdı
Rəqqasə Oksana oğlu ilə gəzintidə
Əməkdar artistin makiyajsız halı - foto
Faytonçu Nazim solo konsertə hazırlaşır

Facebook instagram Twitter Youtube
ULDUZ

“Orkestr və mən” təqdim olundu – fotolar

04-07-2017


Bu gün Üzeyir Hacıbəylinin ev muzeyində “Orkestr və mən” adlı sənədli filmin təqdimatı reallaşıb.

Muztv.az xəbər verir ki, ekran əsəri ARB Aran Media şirkətinin “Aranfilm” Yaradıcılıq Mərkəzində istehsal olunub. 28 dəqiqəlik xronometrajdan ibarət olan film Həsənağa Abasquliyevin həyat və yaradıcılığından, Bakı Dövlət Sirkində və “Arena” caz ansamblında gördüyü işlərdən bəhs edir.

Bir çox incəsənət nümayəndələrinin təqdimatına qatıldığı “Orkestr və mən”in ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatorları Rafiq Əliyev və Fahir İmanquliyev, bədii rəhbər Tahir Tahiroviç, prodüseri isə İqbal Məmmədəliyevdir.

Film haqqında təəssüratlarını bizimlə bölüşən Həsənağa Abasquliyev yaradıcılara təşəkkürünü bildirib:

 “Sözün düzü, belə bir səviyyəli görüşün keçəcəyini heç gözləməzdim, amma tanıdığım insanları burda görməyimə çox şad oldum. Bu gün həmçinin tanımadığım insanlarla da tanış oldum. Mənim üçün böyük bayramdır, bu günün mənə qismət olduğu üçün özüm də mətəl qalmışam. Sənətimi sevirəm, həyata yenidən başlasaydım yenidən bu yolda olacaqdım, məndən ticarətçi və ya biznesmen olmazdı”.

Tədbirdə iştirak edən cazmen, müğənni Cavan Zeynallı da belə bir tədbirdə iştirak etdiyindən məmnunluq hissi duyğuğunu vurlğuayıb: 

“Bu gün çox gözəl gündür, ona görə ki, mənim əziz dostuma Həsənağa müəllimə həsr olunmuş film təqdim olundu və onun həyat, yaradıcılığına aid ekran əsəri çox xoşuma gəldi. Bu orkestri məhz caz ifa etdikləri üçün uşaqlıqdan izləyirəm. Caz populyar musiqi deyil, amma bu orekstr cazı elə ifa edirdi ki, sanki bütün digər məşhur melodiayalar da onların yanında idi. Dəvət olunduğum üçün çox sevinirəm. Bu gün Həsən müəllimin günüdür, bayramdır. O, özü halal bir insandır”.

Qeyd edək ki, səbəbkar Həsənağa Abasquliyev “Qarşılama marşı”, “Topçular marşı”, “”Dünya azərbaycanlılarının həmrəylik mahnısı”nın müəllifidir. 

 







































1152 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr


15 Noyabr