SERİAL
Müğənni bəstəkar ərindən boşanıb
05-09-2022

Ukraynalı müğənni, aktrisa və teleaparıcı Vera Brejneva ilə həyat yoldaşı bəstəkar Konstantin Meladze boşanıb. Mtv.az xəbər verir ki, bu barədə jurnalist Alyona Juja məlumat yayıb. O, cütlüyün 7 illik evliliklərini sonlandırdığını iddia edib. Bildirilib ki, Brejneva və Meladzenin münasibətlərində problem artıq bir neçə aydır ki, davam edirmiş. Alyona cütlüyə yaxın olan insanların məlumatı təsdiqlədiyini deyib. Bundan başqa, Brejnevanın sosial media hesabından Meladze ilə olan fotolarını silməsi də diqqət çəkib. Lakin ikili məsələ ilə bağlı hələlik açıqlama verməyib. Xatırladaq ki, Brejneva ilə Meladze 2015-ci ildə gizli şəkildə nikah masasına əyləşib.
61 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Fevral
7 Fevral