SERİAL
Aktyor təcavüzdə ittiham olunur
17-02-2022

Aktyor Anqus Bulud təcavüzdə ittiham edilir.
Mtv.az xəbər verir ki, naməlum qız bu barədə tviter hesabında yazıb.
O, aktyorun onun yaxın dostuna qarşı cinsi zorakılıq törətdiyini iddia edib: "Xahiş edirəm, bu adamı oynadığı rollarına görə ideallaşdırmayın. Sizin onun pərəstişkarı olmağınıza dözə bilmirəm. Bilin ki, onun həyatı ilə obrazı arasında ortaq heç nə yoxdur".
Paylaşımdan sonra qız Anqusun vəkili tərəfindən təhdid edildiyini bildirib.
Aktyorun rəsmi nümayəndələri hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Xatırladaq ki, Anqus hazırda HBO kanalında yayımlanan “Eyforiya” serialında narkotik alverçisi Fesko obrazını canlandırır.
138 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
